Rövlan Muradov "Araz-Naxçıvan"da
"Araz-Naxçıvan" "Zirə"dən ayrılan Rövlan Muradovu heyətinə qatıb.
"Mediasport" xəbər verir ki, klubla yarımmüdafiəçi arasında 1 illik müqavilə imzalanıb.
“Qəbələ” klubunun yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya "Slaviya"sının əvəzedici, "Qarabağ"ın U-19, "Qəbələ", "Sumqayıt" və "Zirə"nin isə əsas komandalarının formasını geyinib.
Futbolçu Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.
Muxtar Respublika təmsilçisi buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.


