"Qələbə elə şeydir ki, çox şeyə göz yumursan" - Samir Abasov

"Qələbə elə şeydir ki, çox şeyə göz yumursan" - Samir Abasov

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 10-cu turunun "Kəpəz"lə oyununu şərh edib.

"Mediasport" xəbər verir ki, 5:1 hesablı qələbə haqda danışan mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.


Komanda sanki daha istəkli oynayırdı. Abubakarın gəlişinin bunda nə dərəcədə rolu var?

- Abubakarın komandada böyük rolu var, təcrübəli futbolçudur. Hər yerdə belədir ki, komanda təcrübəli oyunçunun oyununa uymağa çalışırlar. Biz bütün oyunlarda istəkli idik. Mətbuat konfransını bir futbolçuya həsr etsək, digər oyunçulara haqsızlıq olar. 

Qarşıda "Qarabağ"la oyun var. Hazırda onların müdafiəsində boşluqlar hiss olunur. Bu məqam sizin xeyrinizə ola bilər?

- "Qarabağ"ın müdafiəsində heç bir boşluq yoxdur. Günü-gündən güclənirlər. Həmin matça qədər hələ vaxt var. "Qarabağ"a, Qurban Qurbanova "Çelsi" ilə oyunda uğurlar arzulayıram. Bizim derbiyə gəldikdə isə maraqlı oyun olacaq. İki yaxşı komanda bir-biri ilə oynayacaq. 

Oyunla bağlı narazı qaldığınız məqam oldu?

- Elə epizodlar var idi ki, futbolçular driblinq etməyə aludə olurdular. Amma qələbə elə şeydir ki, çox şeyə göz yumursan.