"Şəfa"dan ilk legioner transferi
"Şəfa" ilk legioner transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçi Vlad Marian Popu heyətinə qatıb.
Rumıniyanın U-21 millisinin sabiq üzvü ilə 1+1 illik müqavilə imzalanıb.
O, son olaraq ölkəsində "Unirea"nın (Sloboziya) formasını geyinib.
25 yaşlı futbolçu karyerası ərzində "Universitatya" (Krayova) və "Mioveni"də də çıxış edib.


