"Zirə"dən qapıçı transferi - RƏSMİ
"Zirə" qapıçı Hüseynəli Quliyevi heyətinə cəlb edib.
"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi dəri əlcək sahibi ilə 2 illik müqavilə imzalayıb.
26 yaşlı futbolçu karyerası ərzində "Sumqayıt", "Səbail" və "İmişli" klublarında forma geyinib.


