Azərbaycan millisinin üzvü Premyer Liqada özünə klub tapdı

Azərbaycan millisinin üzvü Premyer Liqada özünə klub tapdı

"Zirə"dən ayrılan Ceyhun Nuriyevin yeni komandası məlum olub.

"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi karyerasını "Araz-Naxçıvan"da davam etdirəcək.

25 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.

Nuriyev karyerası ərzində "Keşlə", "Sabah" və "Zirə" də oynayıb.

O, Azərbaycanın U-17, U-19 və əsas millisinin heyətində çıxış edir.