Abdullah Zubir “Qarabağ”ın heyətində 300-cü oyununu keçirdi

Abdullah Zubir “Qarabağ”ın heyətində 300-cü oyununu keçirdi

Abdullah Zubir “Qarabağ”da 300-cü oyununu keçirib.

"Mediasport" xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 27-ci turuna təsadüf edib.

O, “Kəpəz”lə səfər görüşünün (0:0) 61-ci dəqiqəsində meydana çıxıb. 33 yaşlı legioner Ağdam klubunda keçirdiyi 300 matçda 66 qola imza atıb.

Zubir 2018/19 mövsümündən “Qarabağ”da forma geyinir. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) gerçəkləşib.

Abdullah 7 il ərzində 179 (46 qol) çempionat, 23 (5 qol) kubok və 98 (15 qol) avrokubok qarşılaşmasında iştirak edib.