Avropa klubu "Qarabağ"ın aparıcı futbolçusuna "elçi" düşdü

Avropa klubu "Qarabağ"ın aparıcı futbolçusuna "elçi" düşdü

"Qarabağ"ın futbolçusu Mateus Silva yayda komandadan ayrıla bilər.

"Mediasport"a verilən məlumata əsasən, braziliyalı müdafiəçi ilə Kiprin APOEL komandası maraqlanır.

Nikosiya təmsilçisi mövsümün sonunda transferin reallaşması üçün indidən qarşı tərəflə təmasa keçib.

Məlumata görə, APOEL keçid üçün tələb olunan kompensasiya məbləğini ödəməyə və öz futboloçularından birini Ağdam klubuna verməyə hazırdır.

İlkin danışıqların davam etdirildiyi bildirilib.

Xatırladaq ki, 2023-cü ilin avqustundan "atlılar"ın formasını geyinən cənubi amerikalının "Qarabağ"la müqaviləsi 2027-ci ilin iyununa qədərdir.

Nüfuzlu "Transfermarkt" portalının qiymətləndirməsinə görə Mateusun dəyəri 1 milyon avrodur.