"Qarabağ"da yeni məşqçi? - FOTO

"Qarabağ"da yeni məşqçi? - FOTO

Ötən ay "Zirə"dən ayrılan Eltun Yaqublunun işsiz günləri, deyəsən, uzun çəkməyəcək.

2020-ci ildən "qartallar"da baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən biri olmuş mütəxəssis fəaliyyətini "Qarabağ"da davam etdirə bilər.

34 yaşlı məşqçinin ötən həftə Ağdam klubu ilə Portuqaliyaya yollanması söyləntiləri həqiqətə yaxınlaşdırır.

O, Lissabonda keçirilmiş "Benfika" - "Qarabağ" (2:3) görüşünü "köhlən atlar"ın rəhbərliyi ilə birlikdə izləyib.

"Qarabağ"ın direktoru Əmrah Çəlikəlin tarixi qələbədən sonra sosial şəbəkə hesabında paylaşdığı şəkildə Yaqublunu görmək mümkündür.

Məlumata görə, Yaqublu Qurban Qurbanovun heyətində və ya klubun akademiyasında yer alacaq.

Hərçənd onun "Neftçi"də işləyəcəyi deyilirdi.

Mediasport.com.az