Məşhur İtaliya klubu "Qarabağ"ın üzvünü transfer etmək istəyir

Məşhur İtaliya klubu "Qarabağ"ın üzvünü transfer etmək istəyir

“Qarabağ” əsas futbolçularından Mateus Silva ilə vidalaşa bilər.

"Mediasport" xəbər verir ki, Avropanın bir neçə klubunun maraq dairəsinə düşən braziliyalının xidmətində İtaliya təmsilçisi də var.

A Seriyası təmsilçisi "Fiorentina" cənubi amerikalı ilə ciddi maraqlanır.

Eyni zamanda Kiprin APOEL klubu da Silvanın transferi ilə bağlı müzakirələr aparır.

Məlumata görə, italyanlar Ağdam klubuna rəsmi təklif göndərməyə hazırlaşırlar.

Xatırladaq ki, "sambaçı" Azərbaycanda 2022-ci ilin yayından çıxış edir. O, "Qarabağ"ın heyətində 13 oyun keçirib, 5 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Silvanın "atlılar"la anlaşması 2027-ci ilin yayına qədərdir.