"Neftçi"nin üzvü Afrikaya gedir

"Neftçi"nin üzvü Afrikaya gedir

"Neftçi"nin legioneri Sessi D Almeyda növbəti dəfə Benin millisinə dəvət alıb.

"Mediasport" xəbər verir ki, yığmanın kapitanı Afrika Millətlər Kubokunun seçmə mərhələsinin görüşləri üçün düşərgədə olacaq.

31 yaşlı yarımmüdafiəçinin komandası F qrupunda Mərkəzi Afrika Respublikası ilə qarşılaşacaq.

Görüşlər noyabrın 11-də və 15-də keçiriləcək.