“Ayın qolu” layihəsinin növbəti qalibi Binədə mükafatlandırıldı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında “Ayın qolu” layihəsinin növbəti qalibi mükafatlandırılıb.
"Mediasport" xəbər verir ki, fevral ayının ən yaxşı qolunun müəllifi olan MOİK-in üzvü Ramil Orucov mükafatını 21-ci turun “Cəbrayıl”la qarşılaşmasından əvvəl alıb.
Orucova Binə qəsəbə stadionunda mükafatı Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.