"İlk oyun üçün yaxşı nəticədir, startda 3 xal vacib idi, amma..."

"İlk oyun üçün yaxşı nəticədir, startda 3 xal vacib idi, amma..."

"İlk oyun üçün yaxşı nəticədir. Xoşdur ki, çempionata qələbə ilə başladıq. Startda 3 xal çox vacib idi. Lakin tam olaraq formaya düşmək üçün azı 3-4 tur keçməlidir".

Bu sözləri "Mediasport"a açıqlamasında "Səbail"in baş məşqçisi Elvin Məmmədov deyib.

Azərbaycan 1-ci Liqasının ilk turunda "ASTA Mingəçevir" üzərində 2:0 hesablı qələbə qazanan Bayıl klubunun çalışdırıcısı matç haqda düşüncələrini bölüşüb:

"Qalib gəldiyimiz üçün sevinirik. Uşaqlar fiziki formalarını hələ tam bərpa etməyiblər. 3-4 oyuna tam toparlanmaq olar. Bundan sonra konkret nəsə haqda danışa bilərik".

E.Məmmədov heyəti gücləndirməyə çalışdıqlarını bildirib:

"Heyətlə bağlı axtarışlarımızı davam etdiririk. 1-2 mövqe üçün transferlər edə bilsək, daha yaxşı rotasiyalarla istədiyimiz heyəti qurmaq imkanımız olar. Hazırda iki nəfərlə danışıq aparırıq".