Azərbaycan 1-ci Liqası: "Şimal" və "Difai" kritik matçlara çıxacaqlar

Azərbaycan 1-ci Liqası: "Şimal" və "Difai" kritik matçlara çıxacaqlar

Bu gün futbol üzrə Azərbaycan 1-ci Liqasında 27-cı tura start veriləcək.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Turnir cədvəlinin zirzəmisində qərarlaşan "Şimal" və "Difai" kritik oyunlara çıxacaqlar.

Hazırda 17 xalla sonuncu pillədə yer alan "Şimal" "Cəbrayıl"la üz-üzə gələcək.

18 xalla 9-cu pillədə olan "Difai" isə MOİK-in qonağı olacaq.

Çempionatı sonuncu - 10-cu pillədə bitirən komanda 2-ci Liqaya yuvarlanacaq.

9-cu yerin sahibi isə pley-off matçına çıxacaq.

Hər iki görüş "I / II Liqa" "YouTube" kanalında canlı yayımlanacaq.

Tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.

Azərbaycan 1-ci Liqası. 27-ci tur

21 may

17:00 MOİK - "Difai"

Hakimlər: Murad Səlimov, Safalı Ağayev, Məmmədəli Kərimov, Səbuhi Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Binə qəsəbə stadionu.

17:00 "Cəbrayıl" - "Şimal"

Hakimlər: Əkbər Əhmədov, Anar Bədəlov, Elmin Süleymanov, Rövşən Rəcəbov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Novruz Əzimov

Şamaxı OİK stadionu.