Azərbaycanı 40 şahmatçı təmsil edəcək - Avropa çempionatı

 Azərbaycanı 40 şahmatçı təmsil edəcək - Avropa çempionatı

Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı start götürəcək.

"Mediasport" xəbər verir ki, Azərbaycan qitə birinciliyində 40 şahmatçı ilə təmsil olunacaq.

Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçısı Mehriban Əhmədli və bürünc mükafatçısı Məryəm Ağaverdiyeva da yer alıblar.

Ümumilikdə 49 ölkədən 1250 zəka sahibi 6 yaş kateqoriyasında medallar uğrunda yarışacaq.

Yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, məşqçilər Fərid Abbasov, Elmar Atakişiyev və Orxan Abdulov, həmçinin nümayəndə heyətinin rəhbəri Raul Quliyev şahmatçılarıla birlikdə Yunanıstana yollanıb.