"Qarabağ"ın Çempionlar Liqası matçının biletləri satışa çıxarıldı

"Qarabağ"ın Çempionlar Liqası matçının biletləri satışa çıxarıldı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Atletik” (İspaniya) - “Qarabağ” matçını “San Mames" stadionundan izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, biletlərin qiyməti 110 AZN-dir.

Azərbaycanlı azarkeşlər üçün "San Mames"də yerləşən 321-ci sektorda ilkin olaraq 575 yer ayırılıb. 321-ci sektora giriş "Gate 21" vasitəsilə mümkün olacaq.

Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı ətraflı məlumat daha sonra paylaşılacaq.

Vauçerləri əldə edən şəxslərin vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-si Bakı vaxtı ilə 20:45-də, yerli vaxtla isə (İspaniya) 18:45-də start götürəcək.