Yığmamız Bakıda Portuqaliya millisinə böyük hesabla uduzdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda B qrupunun 7-ci turu çərçivəsində lider Portuqaliyanı qəbul edib.
8-ci kilometr qəsəbə stadionunda baş tutan görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, 5 xalla 6 komandalı qrupda 5-ci olan yığmamız bunadək Cəbəllütariqə qalib gəlib (1:0), Şotlandiya (3:3) və Bolqarıstanla (1:1) heç-heçə edib, Çexiya və Portuqaliyaya isə eyni (0:5) hesablarla uduzub.
AVRO-2027. Seçmə mərhələ. B qrupu. 7-ci tur
Azərbaycan - Portuqaliya 0:4
Baş hakim: Xristos Vergetis olacaq.
Yan xətt hakimləri: Andreas Fotopoulos, Konstantinos Staikos
Dördüncü hakim: Aleksandros Katsikogiannis (hamısı Yunanıstan)
