Millimizdən ardıcıl ikinci qələbə
Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununu keçirib.
"Mediasport" xəbər verir ki, komandamız Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova seçməsi ilə görüşüb.
Matç yığmamızın qələbəsi ilə yekunlaşıb - 7:3.
Millimizin qollarını Ramil Əliyev, Sabir Allahquliyev (2), Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov vurublar.
Xatırladaq ki, futbolçularımız komandalar arasında ilk qarşılaşmda 8:5 hesablı qələbə qazanmışdılar.
