Azərbaycan 2-ci Liqasında pley-off matçını FİFA referisi idarə edəcək

Azərbaycan 2-ci Liqasında pley-off matçını FİFA referisi idarə edəcək

Azərbaycan II Liqasına vəsiqə uğrunda "Lerik" və "Şirvan" komandaları arasında baş tutacaq pley-off görüşünün təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

VAR hakimi Cavid Cəlilov AVAR isə Əli Əliyev olacaq. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi Emin Cəfərovdur.

Qeyd edək ki, görüş mayın 29-da "ASCO Arena"da, saat 16:00-da start götürəcək.