2 klub Azərbaycan 1-ci Liqasına vəsiqəni təmin etdi - RƏSMİ

Futbol üzrə Azərbaycan 1-ci Liqasına vəsiqə qazanan iki komandanın adı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, bu, 2-ci Liqanın bu gün start götürən 20-ci turunda məlum olub.
Lider "Şahdağ Qusar" və ən yaxın izləyicisi "Şəfa" növbəti qələbələrlə mövsümün başa çatmasına 6 tur qalmış vəzifənin öhdəsindən gəlib.
Ən pis halda - 3-cü pillədəki "Şimal" turnir cədvəlində bakılıları gəlib ötsə belə, "Şəfa"nın vəsiqəsi artıq dəqiqləşib.
Tura sabah yekun vurulacaq.
Qeyd edək ki, 2-ci Liqada ilk üç yerin sahibi 1-ci Liqaya yüksəlir, 4-cü olan komanda isə pley-off oynayacaq.
Azərbaycan 2-ci Liqası. 20-ci tur
“Qusar” – “Lerik” 3:2
Qollar: Mirmehdi Rzayev, 47; Məhəmməd Xəlilov, 84; Firudin Ağalarov, 90+2 – Penci Ağazadə, 15; Rəvan Quluzadə, 17.
Neftçi Futbol Mərkəzi (IV meydança)
“Şəfa” – “Şəki Siti” 6:0
Qollar: Amil Yunanov, 41, 52, 56, 80, 84; Elvin Nəsibov, 83.
“ASK Arena”
“Şahdağ Qusar” – “Haypers Quba” 2:1
Qollar: Tural Qurbatov, 19; Vüsal Hüseynov, 90+5 – Cavid İmamverdiyev, 36.
Şamaxı OİK stadionu
9 aprel (çərşənbə)
16:00. “Şimal” – “Füzuli”
Siyəzən şəhər stadionu
16:00. “Kür-Araz” – “Araz Saatlı”
Saatlı OİK stadionu
16:00. “Dinamo” – “Şəmkir”
Binə qəsəbə stadionu
16:00. “Ağdaş” – “Göygöl”
Ağdaş şəhər stadionu