Malta yığmasına da məğlub olan Azərbaycan millisi qrupda qaldı

Malta yığmasına da məğlub olan Azərbaycan millisi qrupda qaldı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində üçüncü oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Solmaz Adilovanın rəhbərlik etdiyi kollektiv B Liqasının 2-ci qrupunda Malta yığması ilə üz-üzə gəlib.

Qrupdan çıxmaq üçün əla fürsəti olan komandamız "cırtdan" rəqibinə uduzaraq mübarizəni başa vurub.

Yığma daha əvvəl Lüksemburqa məğlub olub (0:5), Bolqarıstana qalib gəlmişdi (3:2).

Qrupun digər oyununda millimizin ötən tur qalib gəldiyi Bolqarıstan ilk turda uduzduğumuz Lüksemburqu darmadağın edərək qrup birinciliyini qarantiləyib.

Lüksemburq 2-ci yeri tutub.

Malta və Azərbaycanın 3 xalı olsa da, seçməmiz sonuncu pillədə qərarlaşıb.


Avropa çempionatı. B Liqası, 2-ci qrup, 3-cü tur


Malta - Azərbaycan 2:0

Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)

Baş hakimin köməkçiləri: Kristiana Moreyra Koşta (Portuqaliya), Erinda Kume (Albaniya)

Dördüncü hakim: Eqlantina Pyetruşay (Albaniya)

Bayıl stadionu.

Yer

Komanda

O

Q

H

M

T/F

Xal

1

Bolqarıstan

3

2

0

1

11-3

6

2

Lüksemburq

3

2

0

1

10-4

6

3

Malta

3

1

0

2

2-10

3

4

Azərbaycan

3

1

0

2

3-9

3