250-ci oyunlarını keçirdilər

 250-ci oyunlarını keçirdilər

“Sabah” Premyer Liqada 250-ci oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Bakı klubu turnirin tarixinə 250 və daha çox matça çıxan 16-cı komanda olub.

Paytaxt təmsilçisinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib. “Sabah” evdə “İmişli”yə qalib gəlib – 3:1.

Son ölkə çempionu 250 qarşılaşmada 112 qələbə qazanıb, 62 heç-heçə edib və 76 dəfə uduzub. Oyunlardan 125-i evdə, 125-i səfərdə baş tutub.

Qeyd edək ki, “Sabah” ilk matçını 2018-ci il avqustun 12-də səfərdə “Sumqayıt”a qarşı keçirib – 1:0.