Yankoviç: "7 xalımız var və güclü komandalara qarşı oynaya bilirik"

Yankoviç: "7 xalımız var və güclü komandalara qarşı oynaya bilirik"

"Napoli" güclü komandadır. Bilirik ki, İtaliya çempionu ilə oyun çox maraqlı olacaq. Biz öz oyunumuzu göstərəcəyik. Məqsədimiz bacardığımızın maksimumunu verməkdir. Ümumi götürsək, böyük komandalarla görüşlərdə istənilən nəticə qeydə alına bilər".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç deyib.

Monteneqrolu sabah "Napoli" ilə səfərdə baş tutacaq Çempionlar Liqası görüşündən əvvəl keçirilən mətbuat konfransında iştirak edib.

Konte deyib ki, "Qarabağ" Çempionlar Liqasında çevriliş edərək yüksək nəticələr qazanır. Sizcə, sabahkı nəticə sizin istədiyiniz kimi olacaq?

- Bunun üçün çalışacağıq. Əlbəttə, çətin olacaq. Bizim də öz ambisiyalarımız var. 7 xalımız var və bu xallar göstərir ki, güclü komandalara qarşı oynaya bilirik.

Bir neçə il əvvəl başqa bir komandanın heyətində "Napoli"yə qarşı oynamısan. Həmin vaxtdakı "Napoli" ilə indikini müqayisə etsən, nəyin dəyişdiyini görərsən?

- "Napoli"nin möhtəşəm oyunçuları var. Hər zaman güclü bir komanda olub. Az öncə də bildirdiyim kimi, biz öz oyunumuzu oynamağa çalışacağıq.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması sabah gecə saat 00:00-da start götürəcək.