"Kəpəz" səfərdə "Qarabağ"ı, "Qəbələ" "Şamaxı"nı məğlub etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə də iki matç baş tutub.
Hər iki dueldə gözlənilməz nəticə qeydə alınıb.
"Qəbələ" Şamaxıda rəqib qapısından 4 cavabsız top keçiribsə, son çempion "Qarabağ" evdə "Kəpəz"ə uduzub.
Tura sabah yekun vurulacaq.
Liqa həftəsinin açılış günündə "Araz-Naxçıvan" "İmişli" (2:2), "Neftçi" isə "Zirə" ilə bərabərə (0:0) qalıb.
Azərbaycan Premyer Liqası. 17-ci tur
"Şamaxı" - "Qəbələ" 0:4
Qollar: Domi Massumo 45, İsaak Amoah, 46, İsmael Akinade, 81, Fərid İsgəndərov, 90+4.
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı şəhər stadionu
"Qarabağ" - "Kəpəz" 0:2
Qollar: Ryonosuke Ohori, 24, Ehtiram Şahverdiyev, 55.
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
"Azersun Arena"
