Azərbaycanın 1-ci Liqa klubu kanadalı futbolçu transfer etdi
1-ci Liqada debüt edəcək "Xankəndi" legioner futbolçu ilə anlaşıb.
"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi Cahari Emmanuel Lourensi transfer edib.
24 yaşlı kanadalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Vətənində "Toronto" akademiyasının yetirməsi olan sol cinah vingeri Yamaykada "Portmor Yunayted" və Albaniyada "Korabi"də forma geyinib.
Xatırladaq ki, "Xankəndi" son mövsüm 2-ci Liqada Azərbaycan çempionu olub.


