FİFA "Neftçi" ilə bağlı qərar verdi

FİFA "Neftçi" ilə bağlı qərar verdi

FİFA-nın "Neftçi"yə tətbiq etdiyi transfer qadağası aradan qaldırılıb.

Bu barədə "Mediasport"a paytaxt klubundan məlumat verilib.

"Ağ-qaralar"ın bütün prosedurları tamamladığı və klubun hər hansı borc öhdəliyinin olmadığı müəyyənləşib.

Xatırladaq ki, FİFA-nın "Neftçi"yə transfer qadağası tətbiq etməsinin səbəbi texniki gecikmə nəticəsində yaranmış ödəniş problemi ilə əlaqədar olub.