Çində azərbaycanlı federasiya prezidentinin adına mərkəz açıldı

 Çində azərbaycanlı federasiya prezidentinin adına mərkəz açıldı

Çinin paytaxtı Pekində "Yuan Li" idman klasterində azərbaycanlı ikiqat Olimpiya çempionu İlqar Məmmədovun şərəfinə qılıncoynatma mərkəzi açılıb.

"Mediasport" xəbər verir ki, mərkəz "Ilgar Mamedov Fencing Center" adlanacaq.

Qılıncoynatmanın rapira növündə 2004-cü il Olimpiadasının bürünc mükafatçısı, dünya çempionatının ikiqat mükafatçısı, Avropa çempionu Renal Qaneyev mərkəzin baş məşqçisi olacaq.

Xatırladaq ki, İlqar Məmmədov Rusiya Qılıncoynatma Federasiyasının prezidentidir.