Azərbaycan idmançısı Sofiya turnirində bürünc medalçı oldu

 Azərbaycan idmançısı Sofiya turnirində bürünc medalçı oldu

Qılıncoynatma üzrə Azərbaycan millisinin üzvü Palina Kaspiaroviç Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Satellite" turnirində uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, sablyaçı qadınların şəxsi yarışında bürünc medal qazanıb.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Palina pley-offda da yaxşı nəticə göstərərək yarımfinala kimi irəliləyib.

O, finalın biraddımlığında Rumıniya təmsilçisi Andreea Lupuya 14:15 hesabı ilə məğlub olub.