AFFA rəhbərliyi Avstriyada millinin toplanışında oldular - FOTOLAR

AFFA rəhbərliyi Avstriyada millinin toplanışında oldular - FOTOLAR

Futbol üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışının ikinci mərhələsinə Avstriyada başlayıb.

"Mediasport" xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və qurumun vitse-prezidenti Sərxan Hacıyev də yığma ilə birgə səfərə yollanıb.

Komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında iyunun 10-dək Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.

Bu müddətdə kollektiv Malta (5 iyun) və San Marino (9 iyun) futbolçuları ilə yoxlama matçları keçirəcək.