Dadaşov qələbənin iştirakçısı oldu, Məmmədov yenə oynamadı

Futbol üzrə Polşa Yüksək Liqasında (Ekstraklasa) 32-ci turun oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvləri - Rahil Məmmədov və Renat Dadaşovun formasını geyindiyi "Radomiak" turu qələbə ilə başa vurub.
Radom təmsilçisi doğma meydanda "Poqon"u məğlub edib - 2:0.
Renat 72 dəqiqə meydanda olub, son turlar adı iştirak ərizəsinə salınmayan Rahil isə yenə görüşdən kənarda qalıb.
Xallarının sayını 40-a çatdıran "Radomyak" 12-ci pillədə mövqeyini gücləndirib.
Qeyd edək ki, çempionatın başa çatmasına 2 tur qalıb.