İsgəndər Əsgərov "Trabzon"un avrokubok oyununa təyinat aldı

İsgəndər Əsgərov "Trabzon"un avrokubok oyununa təyinat aldı

Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti dəfə beynəlxalq təyinat alıb.

"Mediasport" xəbər verir ki,  beynəlxalq dərəcəli nümayəndə qadın həndbolçular arasında Avropa Kubokunun III mərhələsində iş başında olacaq.

O, “Start Elblaq” (Polşa) - “Trabzon Ortahisar” (Türkiyə) arasında baş tutacaq hər iki dueldə Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi funksiyasını icra edəcək.

Qeyd edək ki, sentyabrın 27 və 29-da Trabzonun "Beşirli Tenis” İdman Kompleksində baş tutacaq qarşılaşmaları serbiyalı hakimlər briqadası idarə edəcək.