Orxan Abbasov Misirə gedir
Dekabrın 20-21-də Misirin paytaxtı Qahirə şəhərində Beynəlxalq Həndbol Federasiyasının (IHF) növbəti - 40-cı konqresi keçiriləcək.
"Mediasport" xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edəcək.
Konqresin gündəliyində duran əsas məsələlərdən biri IHF-də müvafiq yerlərə seçkilərin təşkil olunmasıdır.
Bununla yanaşı, qlobal həndbolun inkişaf strategiyası, maliyyə məsələləri, eləcə də qayda və reqlamentlərə dair mühüm qərarlar da müzakirə ediləcək.
