Azərbaycan millisi Bakıda Avropa Kubokunda qızıl medal qazandı

 Azərbaycan millisi Bakıda Avropa Kubokunda qızıl medal qazandı

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunun qalibi olub.

"Mediasport" xəbər verir ki, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda üç top və iki halqa ilə hərəkətdə 24,700 bal toplayaraq qızıl medal qazanıb.

İkinci yeri Ukrayna (24,350), üçüncü yeri İtaliya (24.000) komandası tutub.

Komandamız beş lentli kompozisiyanı 19,750 balla 5-ci sırada başa vurub.

Azərbaycan komandası “Cross Battle” formatında keçiriləcək çoxnövçülük üzrə finala da vəsiqə əldə edib.