"Arsenal" "Real"ı darmadağın etdi, "Bavariya" evdə "İnter"ə uduzdu

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyunlar çərçivəsində iki görüş keçirilib.
Hər iki qarşılaşmada, demək olar ki, sensasiya qeydə alınıb.
"Arsenal" Londonda "Real"ı darmadağın edib, britaniyalıların heyətində Deklan Rays cərimə zərbəsindən iki möhtəşəm qol vurub.
"Bavariya" isə doğma meydanda "İnter"ə son dəqiqə qolu ilə uduzub.
Raundun digər ilk iki matçı bu gün baş tutacaq.
UEFA Çempionlar Liqası. 1/4 final. İlk oyunlar
“Arsenal” (İngiltərə) - “Real” M. (İspaniya) 3:0
Qollar: Deklan Rays, 58, 70. Mikel Merino, 75.
“Bavariya” (Almaniya) - “İnter” (İtaliya) 1:2
Qollar: Tomas Müller, 85 - Lautaro Martines, 38, Davide Fratezzi, 88.