Avropa çempionatı: Yığmamız 2-ci Diviziona yüksələ bilmədi

 Avropa çempionatı: Yığmamız 2-ci Diviziona yüksələ bilmədi

Sloveniyanın Maribor şəhərində keçirilən atletika üzrə komandalararası Avropa çempionatına yekun vurulub.

"Mediasport" xəbər verir ki, 3-cü Divizionda mübarizə aparan Azərbaycan yığması yarışı 15 ölkə arasında 6-cı pillədə başa vurub.

Millimizin üzvlərinin bəziləri fərdi qaydada uğurlu olsalar da, komandamız yekun nəticədə ümidləri doğrultmamaqla, 2-ci Diviziona yüksələ bilməyib.

Yığmamız ümumilikdə 312.5 bal toplayıb.