Azərbaycan atletləri Balkan çempionatında iştirak edəcəklər

Azərbaycan millisinin atletləri Serbiyanın paytaxtı Belqradda keçiriləcək Balkan çempionatında yarışacaqlar.
Mediasport.com.az xəbər verir ki, yarışda ölkəmizi 6 idmançı təmsil edəcək.
Nazim Babayevlə Kəsgin Abbaszadə uzunluğa tullanma, Rüstəm Məmmədov və Yekaterina Sarıyeva isə üçtəkanla tullanma yarışlarında qüvvəsini sınayacaqlar.
Lamiyə Vəliyeva 400, Bəxtiyar Əsgərli 800 m məsafəyə qaçışda qalib olmağa çalışacaqlar.
Balkan çempionatı fevralın 15-də başlanacaq.