Yekaterina Sarıyevadan İslam Oyunlarında 4-cü medal
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.
"Mediasport" xəbər verir ki, bu gün atletika yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı Yekaterina Sarıyeva uğurlu nəticə ilə yadda qalıb.
Təmsilçimiz üç təkanla tullanma növündə 13.84 metr göstərici ilə bürünc medal qazanıb.
Sarıyeva bununla islamiadalarda ümumilikdə 4-cü mükafatını rəsmiləşdiib.
O, 2013-cü ildə Palembanqda (qızıl, İndoneziya), 2021-ci ildə Konyada (gümüş, Türkiyə), 2017-ci ildə isə Bakıda (bürünc) fəxri kürsüyə yüksəlib.

