Bakıda ölkə çempionatı keçiriləcək

  Bakıda ölkə çempionatı keçiriləcək

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə ölkə çempionatı keçiriləcək.

"Mediasport" xəbər verir ki, 12-13 iyunda baş tutacaq turnir Azərbaycan İdman Akademiyasının stadionunda və AAF-ın atma növləri üzrə bazasında baş tutacaq.

Xatırladaq ki, sabah saat 16:30-da yarışlara start veriləcək.