Avropa çempionatı: Millimizin oyunlarının təqvimi açıqlandı
20 yaşadək basketbolçu qızlardan ibarət milli komandamız ilk dəfə FİBA U-20 qadınlar arasında Avropa çempionatında iştirak edəcək.
"Mediasport" xəbər verir ki, yığmamız B divizionunun A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə mübarizə aparacaq.
Turnir Bolqarıstanın iyulun 4-dən 12-nə qədər Samokov şəhərində keçiriləcək.
U-20 Avropa çempionatı (qadınlar)
A qrupu
İrlandiya - Azərbaycan
4 iyul, saat 16:30
Azərbaycan - Albaniya
5 iyul, saat 21:15
Yunanıstan - Azərbaycan
6 iyul, saat 18:45


