Yığma komandamız Avropa çempionatında İsveçrə ilə üz-üzə
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2029-un seçmə mərhələsində ilk oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, komandamız A qrupunun ilk turunda İsveçrə yığması ilə qarşılaşacaq.
Milli Gimnastika Arenasında baş tutacaq görüş saat 15:00-da start götürəcək.
Yığmamızın növbəti matçı noyabrın 14-də Bakıda İrlandiya basketbolçularına qarşı olacaq.

