Millilərimizin Avropa Kubokunun təsnifatındakı rəqibləri məlum oldu

Millilərimizin Avropa Kubokunun təsnifatındakı rəqibləri məlum oldu

Azərbaycanın 3x3 basketbol millilərinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, kişilərdən ibarət millimiz B qrupunda Kosovo, Malta seçmələri ilə mübarizə aparacaqlar.

Qadınlardan ibarət yığma isə B qrupunda Kosovo ilə üz-üzə gələcək.

Kişilərdən ibarət komanda qrupda ilk oyununu iyunun 7-də Maltaya qarşı keçirəcək. Bundan bir gün sonra isə Kosovo yığması ilə qarşılaşacaq.

Qadın basketbolçulardan ibarət yığmanın Kosovo ilə matçı isə iyunun 8-də baş tutacaq.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında yalnız təsnifat mərhələsinin qalibləri Avropa Kubokunun (2025) əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 7 və 8 iyun tarixlərində Kosovonun Priştina şəhərində təşkil olunacaq.