FİNAL seriyası: "Sabah" ikinci oyunda da "Neftçi"ni məğlub etdi

Azərbaycan Basketbol Liqasının final seriyasının ikinci oyunu keçirilib.
"Mediasport" xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüşdə "Sabah" növbəti dəfə “Neftçi”ni məğlub edib.
Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv bu dəfə 86:77 hesablı qələbəyə sevinib.
Birinci dueldə "bayquşlar"ın 94:89 hesablı qələbəsi qeydə alınmışdı.
4 qarşılaşmadan ibarət final seriyası 3 qələbəyədək davam edəcək.
Digər matçlar mayın 6-da və 8-də baş tutacaq.