Avropa çempionatı: Yığmamız Belçikanın qapısına 11 qol vurdu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ikinci oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, B Liqasının A qrupunda yer alan yığma Belçika ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 11:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın heyətində Ramil Əliyev 3, Comərd Baxşəliyev 2, Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, Amid Nəzərov, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə 1 dəfə fərqləniblər.
Qeyd edək ki, seçməmiz ilk oyunda İngiltərə yığmasını 5:4 hesabı ilə məğlub etmişdi.
Azərbaycan qrupda son matçını sabah Litvaya qarşı keçirəcək.