"Qarabağ" böyük komanda və güclü Avropa klubudur" - Abdullah Zubir

"Qarabağ" böyük komanda və güclü Avropa klubudur" - Abdullah Zubir

"Mediasport" 8 illik "Qarabağ" karyerasından sonra Səudiyyə Ərəbistanının I Liqa klubu "Əl-Uruba" ilə müqavilə bağlayan Abdulah Zubirin "Report"a müsahibəsini təqdim edir.


"Qarabağ"da keçirdiyiniz 8 ildən sonra komandadan ayrılmaq qərarını necə verdiniz və bu vida sizin üçün nə dərəcədə emosional oldu?

- Karyeramın son mərhələsinə yaxınlaşırdım və ərəb ölkəsinə köçmək üçün doğru zaman olduğunu hiss etdim. Ərəb dünyasında yeni bir çağırış qəbul etmək istəyirdim və artıq vaxtın yetişdiyini düşündüm.

Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubuna transferiniz zamanı qeydiyyat və maliyyə məsələləri ilə bağlı müəyyən çətinliklər yaşandı. Hətta Azərbaycana qayıtmaq variantı müzakirə olunurdu. Bu qeyri-müəyyənlik dövründə hansı hissləri keçirdiniz?

- Əslində heç vaxt Azərbaycana dönməyi düşünmürdüm. Bir neçə Avropa klubundan maraq var idi, lakin sonda "Əl-Oruba" ilə müqavilə imzaladım.

Səudiyyə Ərəbistanının I Liqa komandasını seçməyinizdə əsas amil nə oldu və sizi orada daha çox nə həyəcanlandırır?

- Səudiyyə Ərəbistanı liqası çox yaxşı və rəqabətli çempionatdır. Ərəb ölkələrində futbola böyük həvəs və ehtiras var. Bu ölkədə oynamağın yaşamaq istədiyimiz bir təcrübə olduğunu hiss etdim.

Səudiyyə Ərəbistanı Pro Liqasında müasir futbolun bir çox ulduzları çıxış edir. Bəs oynadığınız I Liqada hansı hədəfləri qarşınıza qoymusunuz?

- Məqsədim yaxşı çıxış etmək, rəqabət aparmaq və karyeramı Səudiyyə Ərəbistanında davam etdirməkdir.

"Qarabağ"ın heyətində 6 dəfə Azərbaycan çempionluğu qazandınız və avrokuboklarda bir çox uğurlu çıxışlarınız oldu. Azərbaycandakı karyeranızın ən unudulmaz anı hansı olub?

- Ən unudulmaz anlar Çempionlar Liqasına vəsiqə qazanmağımız, Avropa Liqasında 1/8 final mərhələsinə yüksəlməyimiz və Azərbaycan çempionu olduğumuz bütün titullar idi.

Qurban Qurbanovun rəhbərliyi altında uzun illər oynadınız. Baş məşqçinin bir futbolçu kimi inkişafınızdakı rolu haqqında nə deyə bilərsiniz?

- Qurban Qurbanov böyük məşqçi və taktikdir. O, futbol sahəsində dərin biliklərə malik şəxsdir. Birlikdə çox böyük uğurlar qazandıq və onunla işlədiyim müddətdə çox şey öyrəndim.

"Qarabağ" bu il avrokuboklarda əsas mərhələyə vəsiqə qazana bilmədi. Ardıcıl 12 il azarkeşləri uğurlu çıxışı ilə sevindirən, ötən il UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış etdikdən sonra komandanın bu mövsüm avrokuboklardan kənarda qalması barədə nə deyə bilərsiniz?

- Futbolda belə hallar olur. "Qarabağ" böyük komanda və güclü Avropa klubudur. Komanda bu mövsüm avrokuboklardan kənarda qaldı. Amma bu futbolun bir hissəsidir və "Qarabağ"a uğurlar arzulayıram.

"Qarabağ" son mövsümdə "Sabah"a rəqabətdə uduzdu və ardıcıl çempionluqlardan sonra ikinci yeri tutdu. Sizcə, buna səbəb nə oldu?

- Çempionlar Liqasının son mərhələlərinə qədər irəlilədik, o cümlədən "Nyukasl"la qarşılaşdıq, buna görə titulu itirmək mümkündür. Dediyim kimi, bu, futboldur. Azərbaycan Premyer Liqası da çox inkişaf edib və daha rəqabətli olub.

"Sabah" bu mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edir. Komanda ilk görüşdə "Mançester Yunayted"ə 0:4 hesabı ilə məğlub oldu. "Barselona", "Arsenal", "Napoli" kimi Avropa nəhəngləri ilə oyunlar var qarşıda. Sizcə, "Sabah" neçə xal toplaya bilər?

- Neçə xal toplayacaqlarını bilmirəm. Sadəcə, "Sabah"a Çempionlar Liqasında uğurlu macəra arzulayıram. Ümid edirəm ki, bu təcrübədən zövq alacaqlar.

"Qarabağ" azarkeşləri sizi hər zaman böyük rəğbətlə xatırlayacaq. İllər boyu sizi dəstəkləyən azarkeşlərə son sözünüz necə olardı?

- "Qarabağ" azarkeşləri möhtəşəm insanlardır və futbola çox bağlıdırlar. Onlar bu günə qədər klubu dəstəkləyiblər. Hamısına səmimi qəlbdən təşəkkür edirəm. Stadionlardakı inanılmaz atmosferi heç vaxt unutmayacağam. Xüsusilə Avropadakı səfər oyunlarımızda azarkeşləri görməyi çox sevirdim. Hər şeyə görə bir daha təşəkkür edirəm.