Dambrauskasa mükafat verildi

 Dambrauskasa mükafat verildi

Azərbaycanda səfərdə olan Litva xarici işlər naziri Kestutis Budris “Sabah” futbol klubunun baş məşqçisi Valdas Dambrauskası mükafatlandırıb.

"Mediasport" xəbər verir ki, diplomat uğurlu fəaliyyəti ilə seçilən həmyerlisinə ölkəsinin “Diplomatiya ulduzu” mükafatını təqdim edib.

Nazir bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb:

“Sabah” FK-nın baş məşqçisi Valdas Dambrauskasa Litvanın “Diplomatiya ulduzu” mükafatını təqdim etməkdən qürur duyuruq.

O, Çempionlar Liqasında bir komandaya rəhbərlik edən ilk litvalı məşqçidir.

Fədakarlığınıza, zəhmətinizə və Litvanı dünya futbol ictimaiyyətində tanıtdığınıza görə təşəkkür edirik”.

Qeyd edək ki, nazir ötən gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Sabah” - “Barselona” matçını izləyib.