"Ayaks"a məğlubiyyət "Qarabağ"ı dünya reytinqində 3 pillə geri saldı

"Ayaks"a məğlubiyyət "Qarabağ"ı dünya reytinqində 3 pillə geri saldı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların dünya reytinqini yeniləyib.

"Mediasport" xəbər verir ki, avrokuboklarda yeganə təmsilçimiz "Qarabağ" 3 pillə geriləyib.

Dünən Çempionlar Liqasının Liqa mərhələsində "Ayaks"a uduzan (2:4) Qurban Qurbanovun komandası 187.5 xalla 68-ci sıraya düşüb.

Digər təmsilçilərimzdən "Sabah" 252-ci, "Zirə" isə 360-cıdır.

Dünya reytiqinə 585 xalla PSJ rəhbərlik edir.