Bu gün “Neftçi”nin İsrail klubu ilə oyunu CANLI YAYIMLANACAQ

“Neftçi” bu gün Polşa təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, “ağ-qaralar” İsrailin “Hapoel" (Təl-Əviv) klubu ilə qarşılaşacaqlar.
Bakı vaxtı ilə saat 19:00-da başlanacaq matç Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.
Rəqib komandanın istəyinə əsasən görüş qapalı keçiriləcək. Lakin "Neftçi" azarkeşləri qarşılaşmanı klubun yutub kanalı vasitəsilə canlı izləyə biləcəklər.
Qeyd edək ki, “Neftçi” Polşada iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) kollektivləri ilə üz-üzə gələcək.