"Sabah"ın ÇL-in pley-offunda mümkün rəqibləri müəyyənləşdi
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Valdas Dambrauskasın komandası yarışın III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubunu mübarizədən kənarlaşdırsa, növbəti raundda "Hapoel" (İsrail, Beer-Şeva) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri avqustun 25-26-da baş tutacaq.


