Azarkeşlərdən qəribə etiraz: "Oyunu dayandırın" - VİDEO

Azarkeşlərdən qəribə etiraz: "Oyunu dayandırın" - VİDEO

İrlandiya və Qətər milli komandaları arasında keçirilən yoldaşlıq oyununda (1:0) maraqlı hadisə yaşanıb.

"Mediasport" xəbər verir ki, meydan sahiblərinin azarkeşləri matçın gedişində görüşün dayandırılmasını tələb ediblər.

Dublin şəhərində baş tutan qarşılaşmada yerli fanatlar Fələstinə dəstək nümayiş etdirmək məqsədilə "Oyunu dayandırın" pankartı açaraq meydana tennis topları atıblar.

Matç bir neçə dəfə dayandırılsa da, sona qədər oynanılıb.

İrlandiya Futbol Federasiyası məsələyə aydınlıq gətirib. Bildirilib ki, azarkeşlər bu addımı sentyabr və oktyabrda İrlandiya yığmasının İsrail komandası ilə keçiriləcək yoldaşlıq oyunlarına görə atıblar.

Azarkeşlər həmin qarşılaşmaların baş tutmamasına etirazı bu formada nümayiş etdiriblər.