“Bir hissə də "Neftçi”nin əfsanələri komandasında oynamaq istərdim"

“Bir hissə də "Neftçi”nin əfsanələri komandasında oynamaq istərdim"

“Maraqlı oyun alındı. Çoxdandır ki, bu cür atmosferdə, belə şəraitdə oyun oynamamışdıq. Sadəcə ağır idi. Çünki öz formamızdan uzaq idik”. 

“Mediasport” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 

O, “Premyer Liqa məşqçiləri” və “Neftçi 2000-lər” veteranları arasında keçirilən oyundan danışıb:

“Hər bir halda futbolçuların ustalığını gördük. Çoxdandır görmədiyim futbolçuları da gördüm. Onlarla görüşdük, xeyli zarafatlar etdik, keçmişi yada saldıq. Məncə, hamı üçün maraqlı oyun oldu”.

Qurban Qurbanov “Neftçi 2000”lərin heyətində də oynamaq istədiyini bildirib:

“Bir hissə də "Neftçi”nin əfsanələri komandasında oynamaq istərdim. Bəlkə bir hissə bir, o biri hissə digər komandada oynamaq olardı. Yəqin ki, sistem qurulmuşdu ki, sona qədər belə oynayaq. Nə qədər olmasa, məşqçilər birlikdəydik. Bəlkə daha uyğunu bu idi. Hər şey də gözəl və super alındı”.