"Daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq"

"Daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq"

"Oyun yaxşı keçdi. Bu matçda da gənc futbolçulara və yeni transferlərimizə şans verdik. Yaxşı təsir bağışladılar".

"Mediasport" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis hazırlıq çərçivəsində "Karvan-Yevlax"la yoxlama görüşü haqda danışıb:

"Bununla da təlim-məşq toplanışını başa vurduq. 1 günlük istirahətdən sonra "Qababağ"la oyunun hazırlıqlarına başlayacağıq.

Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq".

Xatırladaq ki, bu gün "Karvan-Yevlax"la qolsuz bərabərə qalan Gəncə klubu qış hazırlığı zamanı "Qəbələ"yə 1:3 hesabı ilə uduzub.